Biabırçılıq və ləyaqətsizlik saçan anlar Zabil Məhərrəmov


Siyasət 21 Yan 2019 18:58:00 339 0

Biabırçılıq və ləyaqətsizlik saçan anlar  Zabil Məhərrəmov

Son.az Day.Az istinadən xəbər verir ki, Azərbaycanın Masallı rayonun yetirməsi Zabil Məhərrəmov bu il 57 yaşını qeyd edəcək. O, öz şüurlu həyatında nəyə nail olub? Yaş və nailiyyət anlayışları nisbi ola bilər. Lakin onun bir neçə ləyaqətli həmyerliləri - heç 40 yaşına kimi yaşamamış Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı ola bildi, 30 yaşınadək yaşamayan Səfərli Məmmədov Azərbaycanın tarixinə Milli Qəhrəman kimi düşdü, Çingiz Mustafayev 35 yaşınadək yaşamadı və qəhrəman oldu... Bütün Azərbaycan boyu qəhrəmanlıqlarını hansı dövrdə etməsindən asılı olmayaraq Vətənin cəsur oğullarının adları əbədiləşdirilib. 

Lakin Zabil Məhhərmov özünə fərqli yol seçib. Onun qorxaqlığı kişicəsinə hərəkət edib nəsilinin başını uca etməyə imkan vermədi. Bunun əvəzində o, Azərbaycan ordusunun sıralarında öz borcunu cəsarətlə yerinə yetirmiş Azərbaycan qəhrəmanlarına mütəmadi olaraq ləkə yazır.

Bundan əlavə, o, müharibədə şəhid olmuş talışları açıqcasına təhqir edir. Bu insanın hansısa keyfiyyətlərə dəyərlərə sahib olmaması onun ətrafındakılara yaxşı bəllidir. 

Məsələn, onun doğma yurdunda Azərbaycanda qoyub getdiyi həyat yoldaşının ona atası ilə xəyanət etməsi tarixçəsini yaxşı xatırlayırlar. Bunu eşidən kimi o, dərhal gəlib çıxdı və valideynini qəddarcasına döydü. Lakin bütün ətrafdakıların arasında biabır olduqdan sonra tezbazar ölkəni tərk etməyə məcbur oldu. Yeri gəlmişkən, bu hadisələr Zabil Məhərrəmovun 2014-cü Ermənistanda "Talış milli radioyayımı" açılışına fəal hazırlığı dövrünə təsadüf etdi. Zabil Məhərrəmovun həyatında biabırçılıq və ləyaqətsizlik saçan anları üst-üstə düşdü.

Lakin taleyin xəbərdarlıqlarını nəzərə alması və sonuncu ona 2016-cı ildə yenidən ləyaqət anlayışını xatırlatdı.

Məlum oldu ki, digər günahları ilə yanaşı Zabil həm də pedofiliyadan əziyyət şəkir. Həyatının son illərinin xidmətinə həsr etdiyi doğma Ermənistanda görünür öz qüdrətini hiss edərək Məhərrəmov azyaşlı erməni qızını qorladı. Böyük qalmaqal qopdu. Özü də hətta artıq təbliğat resursunun tanınmış aparıcısına çevrilmiş Z.Məhərrəmovun əhəmiyyətinin artması fonunda belə erməni xüsusi xidmət orqanları münaqişənin onun üçün cəzasız ötmədən həllinə nail olma bilmədilər.  

Lap yaxınlarda Rusiya Federasiyasının vətəndaşı və "Ermənistanın təhlükəsizlik zəmanəti"nə birbaşa aidiyyatı olduğu hesab edilən 102-ci hərbi bazanın hərbi qulluqçusu olan Permyakovun verilməsi və ittiham edilməsinə nail olan erməni dövlət strukturları Məhərrəmovun bu cinayətinə sadəcə göz yummadılar, onun gizlədilməsinə kömək elədilər. Bu, növbəti dəfə göstərir ki, Ermənistanın indiki hakimiyyət orqanları Azərbaycanı ləkələmək üçün tükənməz istəklərində nələrə dözməyə hazırdırlar. Nəticədə zorlanmış qızın qohumları hökumət orqanlarının ciddi təzyiqi altında Z.Məhərrəmovun qadın paltarında son dövrlər yaşadığı Moskvaya sürgün edilməsi cəzasına razılıq verdilər. Görünür, Azərbaycan vətəndaşı Zabil Məhərrəmovu Ermənistanda azyaşlı qızı zorlamasına görə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edəcəklər. Mümkündür ki, onun valideynləri ədalətə doğru belə dəbdəbəli yolu qəbul edəcək və özləri yaxın zamanlarda canlı olaraq və internet üzərindən Azərbaycanın dövlət strukturlarına (Baş Prokurorluq, DİN və ya səfrilik) ərizə ilə müraciət edəcəklər. Bundan sonra Azərbaycanın onun vətəndaşının təhvil verilməsi tam texniki prosedura çevriləcək.

Axı, onun aldığı Rusiya Federasiyasının vətəndaşlığı pasportu həqiqi deyil. Çünki onun vətəndaşlıq üçün müraciəti zamanı Azərbaycan vətəndaşlığından çıxmasına dair məcburi prosedurlara əməl olunmayıb və Rusiya federasiyasının miqrasiya xidmətləri bilərəkdən aldadılıb... Nəzərə alsaq ki, Z.Məhərrəmov öz ləyaqətsizliklə dolu xidməti siyahısını avatürst Şahin Mirzəyevin Ermənistana keçidini təşkil etməklə daha zənginləşdirib, ola bilər ki, tale bu dəfə bu eybəcərliyə son qoymaq qərarına gəlib və Azərbaycandakı, hətta mümkündür ki, doğma Masallıdakı məhkəmə öz atasının soyadından utanan bu şəxsin həyat tsiklinin məntiqi sonluğu olacaq.  

Siyasət Şərəfli Son.az