Gəncə Dövlət Flarmoniyasında “Kəpəz Kuboku 2019” yarışması keçiriləcək


Kriminal 21 Yan 2019 17:34:00 650 0

Gəncə Dövlət Flarmoniyasında “Kəpəz Kuboku 2019” yarışması keçiriləcək

26-27 yanvar Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Flarmoniyasında "Kəpəz Kuboku 2019" yarışması keçiriləcək.

Son.az xəbər verir ki, yarışmaya təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group. Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).

Azərbaycan Rəqs Assosiasiyası: "Ölkəmizdə gənclər arasında incəsənətimizə böyük maraq var. Keçirilən festivallar, müsabiqələr bu marağın artmasına səbəb olur, gəncləri bu sahələrə sövq edir. Yarışmaların, rəhbər və müəllimlərlə görüşlərin keçirilməsində əsas məqsəd incəsənətin bütün növlərinin və musiqi janrlarının - həm milli muğam, həm də milli klassik və instrumental ifaçılıq, yaxud ifaçılığın digər növlərinə maraq obyektinin daha da artmasına və bu sahələrdə bacarığı olan gənclərimizin inkişafına səbəb olmaqdı".


Xəbərə aid fotolar