Rusiya XİNnin bu bəyanatı Azərbaycana qarşı siyasidiplomatik terrordur


Siyasət 19 Yan 2019 14:24:00 686 0

Rusiya XİNnin bu bəyanatı Azərbaycana qarşı siyasidiplomatik terrordur

Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun Son.az-a müsahibəsi:

- Sizcə Rusiya XİN-nin erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı bəyanatının arxasında əslində nə dayanır?

XİN: Ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir - Əslində erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması yeni hadisə deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi belə bir addımı zəruri edir. Hər bir ölkə kimi Azərbaycan da öz milli təhlükəsizliyini təmin etmək üçün ən sərt tədbirlər həyata keçirməlidir və bunu edir. Biz bilirik ki, 90-cı illərin ortalarına qədər Azərbaycanda, hətta paytaxt Bakıda müxtəlif terror hadisələri həyata keçirilirdi və bunlar qlobal erməni terror şəbəkəsilə birbaşa əlaqədar idi. Elə bu gün də ölkəmiz tez-tez ən müxtəlif səviyyələrdə erməni və ermənipərəstlərin terroru ilə üzləşir. Əgər bunların bir qismi fiziki terrordursa, digər qismi də ideoloji, mənəvi, informasiya və.s. terrorudur. İndiki məqamda Rusiya XİN tərəfindən birdən-birə erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması məsləsinin diplomatik səviyyədə və bir qədər də sərt tonda dilə gətirilməsi isə Azərbaycana qarşı təşkil olunmuş siyasi-diplomatik terrordur.

Lakin bu terrorun özü qədər onun niyə məhz indi, 2019-cu ildə təşkil olunması böyük maraq doğurur. Bu məsələnin arxasında Rusiya Federasiyası və onun müxtəlif federal icra hakimiyyəti orqanlarında şəbəkələşmiş və koordinasiyalı şəkildə fəaliyyət göstərən erməni lobbisi dayanır. Məqsəd Rusiya-Azərbaycan münasibətlərini mümkün qədər gərginləşdirmək və Rusiyanın regionda əsl müttəfiqinin Ermənistan olduğunu önə çəkməkdir. Çünki Azərbaycanın həyata keçirdiyi dərin strateji diplomatiya siyasəti regonumuzda ənənəvi strateji balansı ölkəmizin lehinə dəyişib və bu, Dağlıq Qarabağ probleminin həllində yeni şərtlər formalaşdırıb. Bu isə işğalçı Ermənistanı olduqca narahat edir. Çünki Azərbaycanın yaratdığı yeni geostrateji reallıq nəinki Dağlıq Qarabağ və yeddi rayonumuzun qaytarılması ilə, həmçinin Ermənistanın ənənəvi müttəfiqi saydığı Rusiyanı da itirməsi ilə nəticələnə bilər.

- Bunu erməni lobbisinin Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsindən ciddi narahatlığının ifadəsi və növbəti təxribatı hesab etmək olarmı?

XİN: "Rusiya rəsmisinin öz vətəndaşı olan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik" - Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olması regionda Ermənistanın əhəmiyyətini azaldır. Çünki Ermənistan Cənubi Qafqaza çar Rusiyası tərəfindən pərçim edilmiş süni dövlətdir, daha döğrusu dövlət görünüşü verilmiş hərbi bazadır. Bu hərbi baza Azərbaycanı və Türkiyəni bir növ nəzarətdə saxlamaq üçün yaradılıb və daima bizə qarşı cəza qamçısı kimi istifadə edilib. Ermənilər isə buna arxayın olaraq həm özlərini Rusiyada birinci sinif adamlar kimi hiss ediblər, həm də tarixin gələcək gərdişini fikirləşmədən bütün qonşu xalqlara qarşı əxlaqsız və qəddar terror həyata keçiriblər. Ən böyük faciələri isə bizə yaşadıblar. İndi arxasını itirməkdən qorxan ermənilər ciddi təşviş içərisindədirlər. Birdən sahibləri onlara yiyə durmazsa, başlarına nə gələ bilər?! Ona görə də bütün mümkün təsiretmə mexanizmilərini işə salaraq Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Əlbəttə, bu bir təxribatdır özü də ermənisayağı təxribat.

- Bütün bunların sorosçuların Ermənistanda hakimiyyətə gəlməsindən sonra Rusiya-Ermənistan münasibətlərinin pozulması fonunda baş verməsi təsadüfdürmü?

- Sorosçuların Ermənistanda hakimiyyətə gəlməsi Rusiya-Ermənistan münasibətlərinə bir soyuqluq gətirdi. Amma unutmaq olmaz ki, Sarqsyan rejimi yalnız ordunun və din xadimlərinin mitinqlərə qoşulmasından sonra istefaya getməyə razı oldu. Ordu və din xadimlərinin Sorosla əlaqəsinin olması ehtimal edilən deyil və biz onların daha çox Şimaldan idarə edildiyini bilirik. Deməli, hərbi xunta rejiminin devrilməsində Rusiyadakı bəzi mərkəzlərin də razılığı olub. Ancaq bu gizli razılaşmada balansın kimin lehinə formaşalması hələ dəqiq deyil. Bu isə gərginlik yaradır və bu gərginlik də Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərir.

Təsadüf məsələsinə gəldikdə isə, siyasətdə təsadüflər nadir hallarda olur, ya da heç olmur. Çünki siyasət əvvəlcədən düşünülmüş fəaliyyət nəticəsində meydana çıxan hadisədir. Hələlik dəqiq olan bir məsələ var ki, o da Azərbaycanın işğalçı ölkəni daima təcrid vəziyyətində saxlaması və bunun nəticəsində yaranan sosial-iqtisadi problemlərin Ermənistanda rejim dəyişikliyini zəruri etməsidir. - Rusiya XİN-nin bu mövqeyi Rusiya ilə Azərbaycan arasında formalaşmış yüksək səviyyəli əlaqələrin, habelə iki dövlət başçısının bu əlaqələri daha da inkişaf etdirmək istiqamətində iradəsinə və atdığı addımların ruhuna nə dərəcə uyğundur?

Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ - Biz verilən bəyanatı əlbəttə Rusiya XİN-in rəsmi mövqeyi kimi qəbul etməliyik, çünki mövqe rəsmidir. Ancaq bir məsələ var ki, bu daima təkrar olunan hadisədir. Rusiya XİN-də ermənipərəst mövqedən çıxış etməyi ənənə halına gətirmiş bəzi məmurlar var və onlardan biri də XİN-in sözcüsü Mariya Zaxarovadır. O, yalnız üzdə olan, yəni görünən simadır. Ancaq mümkündür ki, ondan daha güclü rəsmilər var ki, onlar da eyni mövqedən çıxış edir, ya da ermənipərəst mövqeni himayə edirlər. Biz bunları bilirik, lakin dilə gətirməyi hələlik məqbul hesab etmirik.

Səbəbi isə budur ki, Prezident Vladimir Putinin Rusiya-Azərbaycan münasibətlərini bir qrup ermənipərəstin girovuna buraxacağına inanmırıq. Çünki hazırki mürəkkəb beynəlxalq şəraitdə Rusiyanın təhlükəsiziliyi həm də bir qədər Azərbaycanla, Azərbaycanın da təhlükəsizliyi bir qədər Rusiya ilə bağlıdır. Qarşlıqlı münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində olmasını diqtə edən zərurət də budur. Azərbaycan bu müttəfiqliyə sadiqdir və üzərinə düşəni edir. Ümid edirik ki, Rusiya da bunu edəcək. Çünki hər iki dövlətin prezidentləri öz ölkələrinin böyük patriotlarıdır və milli maraqları hər şeydən üstün tuturlar. Milli maraqlarımız isə bu gün Rusiya-Azərbaycan münasibətlərinin daha yaxşı olmasını tələb edir.

- İndiki halda Azərbaycan tərəfinin mövqeyi necə olmalıdır və hansı addımları atmalıdır?

- Azərbaycan diplomatiyasının Rusiya Federasiyası ilə əlaqələrdə kifayət qədər zəngin təcrübəsi var. Hər bir xalqın diplomatiyası onun milli gücünün beyni hesab edilir və bu vaxta qədər Azərbaycan diplomatiya sahəsində ən kritik zamanlarda ən döğru qərarları qəbul etməyi bacarıb. Hətta yeni diplomatik formatlar yaratmaqla Rusiya-Azərbaycan münasibətlərinə də yeni impulslar gətirməyə nail olub. Bu diplomatik uğurlar Azərbaycan Prezidentinin adı ilə bağlıdır. Əslində regionda yaranan yeni geostrateji reallığın müəllifi də elə Azərbaycandır. Bu həmin reallıqdır ki, erməniləri son yüz ildə heç vaxt olmadığı qədər çətin vəziyyətə və təşvişə salıb. Ona görə də Azərbaycan bundan sonra da nə edəcəyini yaxşı bilir...

İlkin İzzət Son.az