Dəmir yolu stansiyasının ərazisindən oğurluq edən şəxslər saxlanılıb


Kriminal 18 Yan 2019 21:50:00 640 0

Dəmir yolu stansiyasının ərazisindən oğurluq edən şəxslər saxlanılıb

Hacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Hacıqabul dəmir yolu stansiyasının ərazisindən uzunluğu 12 metr olan relsi oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Namiq Novruzov və Vasif Nağıyev saxlanılıblar.