Taksi sürücüsünü soyaraq qətlə yetirən şəxsə ağır cəza


Kriminal 16 Yan 2019 21:17:00 659 0

Taksi sürücüsünü soyaraq qətlə yetirən şəxsə ağır cəza

Quldurluq yolu ilə taksi sürücüsünü öldürən Şəmkir rayon sakini Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayət məcəlləsinin 120.2.11-ci maddəsi məhkum olunan Murtuzov Eşqin Firuddin oğlunun məhkəmə prosesi fevral ayının 26-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, qətl hadisəsi 2017-ci il yanvarın 17-si saat 18:30 radələrində Şəmkirin Seyfəli kəndində baş verib. 21 yaşlı Eşqin Murtuzayev Gəncədə əyləşdiyi taksinin sürücüsü Namiq Babayevə qarşı yaşadığı kəndin ərazisində quldurluq edib. Əyləşdiyi "VAZ 2107" markalı maşının sürücüsünə yoldaykən hücum çəkən gənc, 59 yaşlı kişini kəsici alətlə yaralayıb, ağır bədən xəsarətləri yetirib.

Bundan sonra Namiq Babayevi avtomobildən düşürən Eşqin Murtuzov, sürücünün mobil telefonunu və nağd pulunu quldurluq yolu ilə ələ keçirib. Çox keçməmiş avtomobili qarşılıqlı razılıq əsasında həmkəndlisi Kamal Kərimova satıb. Eşqin Murtuzov istintaqa verdiyi ifadədə də belə deyib: "Sonra metalloma getdim. Orada Kamala dedim ki, maşın istəyirsənmi? Maşın oğurluq kimi bir şeydir, yəni sənədləri yoxdur. Sonra 500 manata satıb, Gəncəyə getdim".