Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı


Kriminal 14 Yan 2019 15:02:00 598 0

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 94 nəfər saxlanılır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin ötən ilin noyabr ayı üzrə hesabatında bildirilib.

Qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 21-i təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 20-si kişi, 1-i qadın, məhkumların isə 65-i kişi, 8-i qadındır.

Azərbaycan vətəndaşları Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 16%-ni təşkil edir.