Yaponiya sahillərində Koreya qayığı saxlanıldı


Siyasət 13 Yan 2019 13:10:00 566 0

Yaponiya sahillərində Koreya qayığı saxlanıldı

Yaponiya sərhədçiləri bazar günü KXDR-dən üzüb gəldiyi ehtimal edilən 15 metrlik qayıqda olan iki balıqçını saxlayıblar.

Son.az Report-a istinadən xəbər verir ki, gəmi Honsyu adasının Aomori prefekturasının Fukaura şəhəri sahilindən 1,5 km məsafədə aşkar edilib.

Bildirilir ki, şxun Yaponiyanın sahil mühafizə gəmisi tərəfindən yedəyə alınıb.

Balıqçıların öz ölkələrinə qayıtmaq istədikləri bildirilir. Hazırda onların deportasiya edilməsi məsələsinə baxılır.

Son.az