Bakı metrosunda cibgir saxlanıldı


Kriminal 12 Yan 2019 16:16:57 447 0

Bakı metrosunda cibgir saxlanıldı

Metronun "Elmlər Akademiyası" stansiyasında oğurluqda şübhəli bilinən şəxs tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də metronun "Elmlər Akademiyası" stansiyasının platformasında Masallı rayon sakini olan bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Quliyev saxlanılıb.