Hikmət Hacıyev: "Ermənistan hakimiyyəti öz xalqını qonşu dövlətlərlə sülhə hazırlamalıdır" VİDEO


Siyasət 12 Yan 2019 14:04:00 487 0

Hikmət Hacıyev: "Ermənistan hakimiyyəti öz xalqını qonşu dövlətlərlə sülhə hazırlamalıdır"  VİDEO

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" televiziyasına müsahibə verib.

Son.az Trend-ə istinadən bildirir ki, müsahibədə H.Hacıyev münaqişənin fundamental əsasını Ermənistanın gücdən istifadə edərək Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasəti təşkil etdiyini qeyd edərək işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törədildiyini, milyondan artıq azərbaycanlının hələ də qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində qaldığını deyib.

Hazırda işğala əsaslanan status-kvonun qəbuledilməzliyini vurğulayan PA rəsmisi Ermənistanın "fait accompli" yanaşmasını tətbiq etməyə və işğalı möhkəmləndirməyə çalışdığını deyib.

O əlavə edib ki, münaqişənin həllində irəliləyiş əldə etmək üçün ilk növbədə işğal faktı aradan qaldırılmalı və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişənin həllinin əsasının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun aktı və digər sənədlərdə təsbit olunduğunu deyən H.Hacıyev Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından sonra münaqişənin siyasi həlli üçün imkanların yarana biləcəyini diqqətə çatdırıb.

Düşənbə zirvə toplantısına toxunan H.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyan arasında söhbətin olduğunu deyərək Azərbaycannın öz konstruktiv mövqeyini bir daha nümayiş etdirdiyini bildirib. O əlavə edib ki, Azərbaycan münaqişənin həllində ən maraqlı tərəfdır, belə ki, Azərbaycan 26 ildən artıq olaraq işğaldan əziyyət çəkir. H.Hacıyev hazırda münaqişənin həlli üçün əlverişli imkanların olduğuna diqqəti çəkərək Ermənistanın hökumət formalaşdıqdan sonra münaqişənin həlli istiqamətində addımlar atmalı olduğunu qeyd edib.

"Etnik barışıq mümkündürmü?", - deyə aparıcının sualına cavab verən PA rəsmisi bildirib ki, Azərbaycan özünün multikultural dəyərləri və tolerantlıq mədəniyyəti ilə fəxr edir və münaqişənin həlli prosesi çərçivəsində etnik barışıq çətin və vaxt tələb edən məsələ olsa da, bu, mümkündür: "Bunun üçün ilk növbədə Ermənistan qoşunları ərazilərdən çıxarılmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Bu əsnada etimad quruculuğu tədbirləri həyata keçirilə, hərtərəfli regional əməkdaşlıq bərpa oluna və etnik barışıq təmin oluna bilər".

H.Hacıyev hazırda Ermənistanın təcrid vəziyyətində olduğunu, nəqliyyat imkanlarına çıxışının olmadığını deyərək, münaqişənin həlli prosesi nəticəsində Ermənistanın regional əməkdaşlıq imkanlarından faydalana biləcəyini deyib. Eyni zamanda Administrasiya rəsmisi Ermənistanın işğalçılıq siyasətindən əl çəkməli, qonşu dövlətlərə münasibətdə beynəlxalq hüquqa əsaslanan siyasət yürütməli və Ermənistan hakimiyyətinin öz xalqını qonşu dövlətlərlə sülhə hazırlamalı olduğunu diqqətə çatdırıb.

Müsahibənin video linki:

new adriver("adriver_banner_628648315", {sid: 189619, bt: 52}); $('map').imageMapResize(); GS_googleAddAdSenseService("ca-pub-4269329097479836"); GS_googleEnableAllServices(); GA_googleAddSlot("ca-pub-4269329097479836", "TREND_slot_END_HTML"); GA_googleAddSlot("ca-pub-4269329097479836", "TREND_slot_END_HTML_Richmedia"); GA_googleAddSlot("ca-pub-4269329097479836", "TREND_slot_NEWS_END_HTML"); GA_googleAddAttr("trend_lang", trend_lang); GA_googleAddAttr("trend_site", trend_site); GA_googleAddAttr("trend_cat", trend_cat); GA_googleFetchAds(); GA_googleFillSlot("TREND_slot_NEWS_END_HTML"); (function (d, w, c) { (w[c] = w[c] || []).push(function() { try { w.yaCounter5765395 = new Ya.Metrika({ id:5765395, clickmap:true, trackLinks:true, accurateTrackBounce:true }); } catch(e) { } }); var n = d.getElementsByTagName("script")[0], s = d.createElement("script"), f = function () { n.parentNode.insertBefore(s, n); }; s.type = "text/javascript"; s.async = true; s.src = "https://mc.yandex.ru/metrika/watch.js"; if (w.opera == "[object Opera]") { d.addEventListener("DOMContentLoaded", f, false); } else { f(); } })(document, window, "yandex_metrika_callbacks");
Murata bir gündə iki ölüm xəbəri like
  • 12 Yan 13:57  
Digərləri Murata bir gündə iki ölüm xəbəri

Murat Dalkılıç ötən gün iki pis xəbər alıb

arrow Ətraflı
İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş... like
  • 12 Yan 13:50  
Digərləri İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş...

Deputat Aqil Abbasın qudası dünyasını dəyişib. 

arrow Ətraflı
Qazaxda ekskava­­tor pulemyotlardan atəşə tutulub (FOTO) like
  • 12 Yan 13:48  
Digərləri Qazaxda ekskava­­tor pulemyotlardan atəşə tutulub (FOTO)

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidmə

arrow Ətraflı
Məşhur azərbaycanlı aparıcının qızı atasına like
  • 12 Yan 13:43  
Digərləri Məşhur azərbaycanlı aparıcının qızı atasına

Zaur Baxşəliyev xəstə halı ilə "Zaurla Günaydın" proqramının

arrow Ətraflı
İstirahət gününün HAVAsı like
  • 12 Yan 13:38  
Digərləri İstirahət gününün HAVAsı

Bazar günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. 

arrow Ətraflı
Aqil Abbasın qudası intihar edib? like
  • 12 Yan 13:35  
Digərləri Aqil Abbasın qudası intihar edib?

Deputat, tanınmış yazıçı Aqil Abbasın qudası dünyasını dəyişib.

arrow Ətraflı
25 kq-dan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb like
  • 12 Yan 13:33  
Digərləri 25 kq-dan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qa

arrow Ətraflı
Avropa donur: like
  • 12 Yan 13:29  
Dünya Avropa donur:

Avstriya və Almaniyada soyuq havalar davam  edir. Güclü qar səbəbindən av

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb like
  • 12 Yan 13:19  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Yanvarın 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayə

arrow Ətraflı
Doğuşdan Xoşqədəmə QADAĞA like
  • 12 Yan 13:12  
Digərləri Doğuşdan Xoşqədəmə QADAĞA

45 yaşı tamam olan Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Do

arrow Ətraflı
Qanunsuz dini yığıncaq təşkil edən Rusiya vətəndaşları ölkədən çıxarıldı like
  • 12 Yan 13:03  
Digərləri Qanunsuz dini yığıncaq təşkil edən Rusiya vətəndaşları ölkədən çıxarıldı

Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb.

arrow Ətraflı
Parisdə güclü partlayış - Yaralılar var like
  • 12 Yan 13:02  
Digərləri Parisdə güclü partlayış - Yaralılar var

Fransanın paytaxtı Parisdə güclü partlayış baş verib

arrow Ətraflı
25 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı  FOTO like
  • 12 Yan 12:58  
Digərləri 25 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı FOTO

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qa

arrow Ətraflı