Azərbaycana qarşı rüşvət və konyak diplomatiyası


Siyasət 12 Yan 2019 11:22:08 61 0

Azərbaycana qarşı rüşvət və konyak diplomatiyası

Əəvəllər küçük, at, torpaq, qızıl verib güclülərin himayəsinə keçməyə çalışan ermənilər ötən əsrin əvvəllərində pul və daş-qaşa, sonra səhmlərə keçdilər.

İndisə onlar avropalı siyasətçiləri aşkar rüşvətlə yanaşı, ələ almanın bir qədər "sivil" forması sayılan metodlarla özlərinə yaxın etməyə çalışırlar.

Belə üsullar arasında "konyak" diplomatiyası da var.

İrəvandakı Konyak zavodunun istehsal etdiyi və qiyməti heç ucuz olmayan "Ararat", "Noyan Tapan", "Çar Tiqran" konyaklarının erməni məmurların və xüsusilə də deputatların çantalarında "diplomatik baqaj" qismində Avropaya aparılan butulkalarının sayını kimsə bilmir.

Bilən tapılsa belə, söyləməyə cəsarət etməz. Çünki Ermənistan xarici siyasətində mövcud olan "konyak diplomatiyası" ölkənin faktiki rəhbəri Nikol Paşinyanın fəaliyyət taktikasının yeni ünsürlərindən biridir.

Avropa Şurası, ATƏT və AŞPA-da Ermənistanın maraqlarını təmin etmək üçün rəsmi İrəvan "qədim və bəlalara məruz qalmış erməni xalqının" mənafelərini qorumağa çalışdıqlarını iddia edən, əslində isə çirkli pullar vasitəsilə qanunsuz lobbiçilikdən yararlanan bir sıra avropalı parlamentarlarla siyasətçilər rüşvəti artıq primitiv üsullarla, banal yollarla almırlar.

Ermənistan rəhbərliyi və Avropa ölkələrindəki, habelə ABŞ və Rusiyadakı erməni diaspor təşkilatları onlara "sayğı"larını ən müxtəlif formada izhar edirlər.

Belə izhar formaları çeşidlidir, "sayğı"nın nümayiş olunduğu şəxsdən, onun nüfuzundan, olaylara təsir imkanlarından, çalışdığı strukturdan - bir sözlə, müxtəlif amillərdən asılıdır.

"Konyak diplomatiyası"nın miqyası da genişlənib. Əgər əvvəlki illərdə, daha konkret olsaq, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın hakimiyyəti dönəmində İrəvan avropalı siyasətçiləri və deputatları, amerikalı senator və konqresmenləri "ianələr" adlandırılan böyük məbləğdə pullarla ələ alırdılarsa, yaxud ələ almağa çalışırdılarsa, indi situasiya köklü şəkildə mutasiyaya uğrayıb.

ABŞ-ın hazırladığı ssenari əsasında Ermənistanda həyata keçirilən və yaxşı idarə olunan "küçə etirazları" nəticəsində Sarqsyanın devrilməsinə nail olan qüvvələr radikal baş redaktor Nikol Paşinyanı hakimiyyətə gətirəndən sonra İrəvan siyasi təqdimat orientirlərini dəyişib.

Beynəlxalq arenada qəddar, rüşvətxor və əsasən də Rusiyanın marionetkası kimi tanınan Serj Sarqsyandan fərqli olaraq Nikol Paşinyan demokrat hökumət başçısı imicini qazanmağa çalışır.

Bu səbəbdən də İrəvandakı hakimiyyət rüşvətin aşkar formasından çəkinərək "konyak diplomatiyası" kimi eybəcər bir formatı seçib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur.

Dünən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edən dövlət başçısı İlham Əliyev dedi:

Keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə, əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı, demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir.

"Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı", - İ.Əliyev dedi.

Dövlət başçısı daha sonra bildirdi ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir.

İlham Əliyev dedi: "Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi".

Azərbaycanın dövlət başçısı Ermənistanın xarici siyasətindəki "dəyişikliklər"ə Qərbin laqeyd yanaşmasının yolverilməzliyini vurğulamaqla yanaşı, belə siyasətin ilk əvvəl elə ermənilərin özlərinə faciələr vəd etdiyini bəyan edib.

İlham Əliyev deyib: "Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var".

Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq, əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır.

Orxan Hun Son.az

İranda 12 nəfərin mindiyi avtomobil qəzaya uğradı: like
  • 12 Yan 11:19  
Dünya İranda 12 nəfərin mindiyi avtomobil qəzaya uğradı:

İranın Kirman vilayətinin Rabor-Hənza yolunda "Peugeot 405" markal

arrow Ətraflı
Efirdə Nazpəriyə söz atan Elzanın ayağını çimdiklədilər  VİDEO like
  • 12 Yan 11:18  
Şou-biznes Efirdə Nazpəriyə söz atan Elzanın ayağını çimdiklədilər VİDEO

"Azərbaycanın səsi" müsabiqəsinin ötən gün yayımlanan burax

arrow Ətraflı
Qaradağda 2 mühüm layihənin icrası işləri artıq yekunlaşır like
  • 12 Yan 11:07  
Digərləri Qaradağda 2 mühüm layihənin icrası işləri artıq yekunlaşır

Vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrası çər

arrow Ətraflı
Çardaqda sevişən cütlüyü çoxmərtəbəli binadan kameraya çəkdilər  FOTO like
  • 12 Yan 11:07  
Dünya Çardaqda sevişən cütlüyü çoxmərtəbəli binadan kameraya çəkdilər FOTO

İctimai yerdə cinsi əlaqədə olan cütlüyü kameraya çəkiblər.

arrow Ətraflı
Azərbaycan ağır şərtlər daxilində necə inkişaf edir? like
  • 12 Yan 11:01  
Siyasət Azərbaycan ağır şərtlər daxilində necə inkişaf edir?

Beynəlxalq təşkilatlar Ermənistandakı biabırçı mənzərəyə niyə göz

arrow Ətraflı
ABŞ Maduronun prezidentliyini tanımadığını açıqladı like
  • 12 Yan 10:56  
Dünya ABŞ Maduronun prezidentliyini tanımadığını açıqladı

ABŞ Venesuelada Nikolas Maduronun prezidentliyini tanımır və bu ölkənin r

arrow Ətraflı
Fala baxmaq adı ilə insanları aldadan qadın saxlanılıb (FOTO) like
  • 12 Yan 10:53  
Digərləri Fala baxmaq adı ilə insanları aldadan qadın saxlanılıb (FOTO)

Bakıda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qad

arrow Ətraflı
“Ürəkdən və cinsi orqandan bıçaqlamaq dəbə düşüb” like
  • 12 Yan 10:51  
Digərləri “Ürəkdən və cinsi orqandan bıçaqlamaq dəbə düşüb”

Deputat Fazil Mustafa əsgərlikdən yenicə qayıdan gəncin ötən gün bıça

arrow Ətraflı
İranda 12 nəfərin mindiyi avtomobil qəzaya uğradı - 2 ölü, 9 yaralı like
  • 12 Yan 10:39  
Digərləri İranda 12 nəfərin mindiyi avtomobil qəzaya uğradı - 2 ölü, 9 yaralı

İranın Kirman vilayətinin Rabor-Hənza yolunda "Peugeot 405" markalı avtomob

arrow Ətraflı
Bakıda FACİƏ: like
  • 12 Yan 10:35  
Digərləri Bakıda FACİƏ:

Ötən gün Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mühafiz

arrow Ətraflı
BDUnun Qazax filalının direktoru vəfat etdi like
  • 12 Yan 10:34  
Digərləri BDUnun Qazax filalının direktoru vəfat etdi

Bakı Dövlət Universitetinin Qazax filalının direktoru, coğrafiya elmləri

arrow Ətraflı