Bir azərbaycanlını öldürən və


Kriminal 11 Yan 2019 17:48:00 438 0

Bir azərbaycanlını öldürən və

Gürcüstan paytaxtı Tbilisinin Çavçavadze prospektində bir azərbaycanlının ölümü, 10-nun isə xəsarət alması ilə nəticələnən yol qəzası törədən təcili tibbi yardım maşınının sürücüsü Şarden Onianinin işi üzrə məhkəmə iclası keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, sürücü 5 min lari girov müqabilində azadlığa buraxılıb.

Şarden Onianinin vəkili bildirib ki, qrip virusu ilə bağlı təcili tibbi yardıma çağırışların sayı artdığından müdafiə etdiyi şəxs həddindən artıq yorğun ola bilərdi. O, sürücünün fizioloji vəziyyətinin yoxlanılması məqsədilə ekspertizanın keçirilməsini tələb edib.