Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşının şikayətinə baxıldı


Kriminal 09 Yan 2019 16:20:00 454 0

Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşının şikayətinə baxıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Son.az report-a istinadən bildirir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Qurbanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.