“Eurovision 2019” mahnı müsabiqəsinin loqosu təqdim olundu


Kriminal 08 Yan 2019 17:57:00 646 0

“Eurovision 2019” mahnı müsabiqəsinin loqosu təqdim olundu

"Eurovision 2019" mahnı müsabiqəsinin loqosu açıqlanıb. 

Son.az report-a istinadən xəbər verir ki, bu il 64-cü dəfə keçiriləcək yarışmanın loqosunda ulduz əks olunub.  

Ulduzu yaratmaq üçün isə üç ədəd üçbucaqdan istifadə edilib. 

Müsabiqənin icraçı direktoru Con Ola Sand bildirib ki, dünyanın ən qədim simvollarından biri olan üçbucaq sənət, musiqi, kosmologiya, təbiətdə ünsiyyət və yaradıcılığı təmsil edən universal bir nişandır: "Builki loqoda Florian Viederin "Eurovision 2019" mahnı müsabiqəsi üçün hazırladığı səhnə dizaynından ilham alınıb. O, konsepsiyasında üçbucaqlı forma və strukturlardan istifadə edir".