“Quli”nin imperiyası təhlükə altında


Kriminal 04 Yan 2019 12:57:00 239 0

“Quli”nin imperiyası təhlükə altında

2019-cu ildə kriminal aləm üçün ciddi nəticələrə səbəb olacaq iki önəmli hadisə baş verəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu ilin yaz və yayında iki kriminal avtoritet - Tariyel Oniani (Taro) və Əhməd Dombayev azadlığa çıxacaq. 

Birincinin, sözsüz olaraq, "1 nömrəli qanuni oğru" olmaq istəyəcəyi qeyd olunur. Bunun üçün Taronun bütün şansları olduğu vurğulanır. Digəri isə azərbaycanlı avtoritetlər - Rövşən Canıyev, Vahid Süleymanov və Nadir Səlifovun klanının nüfuz dairəsində olan bazar biznesində mövqeyini gücləndirməyə çalışacaq. 

Bu səbəbdən də bu ilin ilk yarısı kriminal aləmdə genişmiqyaslı "sxodka" və şiddətli çəkişmələrlə yadda qalacaq.