Bakıda “Ümid Beynəlxalq İncəsənət” yarışması keçiriləcək FOTO


Kriminal 03 Yan 2019 18:26:00 396 0

Bakıda “Ümid Beynəlxalq İncəsənət” yarışması keçiriləcək  FOTO

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 13 Yanvar Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Ümid Beynəlxalq İncəsənət" yarışması keçiriləcək.

Son.az xəbər verir ki, yarışmaya təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group. Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).

Belə yarışları keçirtməkdə məqsədimiz gənclərin kənarda qalmamasır. Onların öz bacarıqları sayəsində uğurlar qazana bilmələri, səhnələrə çıxmaqları və özlərinin daha da inkişaf etdirməklərinə səbəb olmaqdır. Məlumdur ki, yerlər münsiflər heyəti tərəfindən seçilir. Yarışmadakı iştirakçılar, qrup rəhbərləri yarışmadan sonra görkəmli, ad qazanmış, bu sahədə illərdi çalışan münsiflər heyətimizlə söhbətlər edə və məsləhətlər ala bilərlər. Ümid edirik ki, keçirtdiyimiz və keçirdəcəyimiz bütün müsabiqələr, festivallar, konsertlər iştirak edən hər bir kəs üçün yararlı və uğurlu olar.


Xəbərə aid fotolar