18 yaşlı həmyerlisinin qanını tökdü


Kriminal 01 Yan 2019 10:19:00 467 0

18 yaşlı həmyerlisinin qanını tökdü

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədov Rauf Nurəddin oğlu həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxsin şəxsiyyəti hələlik müəyyənləşməyib. Yaralı yaxınları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.