Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Sehirli simlər” ansamblının debüt konserti oldu


Kriminal 30 Dek 2018 12:29:00 346 0

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Sehirli simlər” ansamblının debüt konserti oldu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində yeni yaradılmış "Sehirli simlər" violinçilər ansamblının Beynəlxalq Muğam Mərkəzində debüt konserti olub.

Son.az xəbər verir ki, konsert Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Ansamblın bədii rəhbəri, Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin direktoru, əməkdar müəllim İlhamə Ağayevadır. Konsertdə çıxış edən İ.Ağayayeva dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkə mədəniyyətinin inkişafına göstərilən yüksək qayğı və diqqətdən danışıb, eyni zamanda, dünya azərbaycanlılarını birləşdirən musiqi dəyərlərinə verilən əhəmiyyətli dəstəkdən bəhs edib.

Sonra dinləyicilərə biri- birindən gözəl musiqi əsərləri təqdim olunub.


Xəbərə aid fotolar