Ağsuda qətl: Keçmiş arvadı ilə mübahisə etdi,


Kriminal 28 Dek 2018 19:49:00 296 0

Ağsuda qətl: Keçmiş arvadı ilə mübahisə etdi,

Keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. İttihama görə, bu il iyulun 6-da Ağsu rayonunun mərkəzində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gələn keçmiş əri, rayonun Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Nəticədə xəstəxanaya yerləşdirilən Samirə Bəyalıyeva orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Mahir Bəyalıyev tutulub.