Prezident İlham Əliyev Şahin Məmmədovu ordenlə təltif edib


Siyasət 28 Dek 2018 17:40:00 719 0

Prezident İlham Əliyev Şahin Məmmədovu ordenlə təltif edib

Prezident İlham Əliyev Şahin Məmmədovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilir.