Binəqədidə abadlıqquruculuq işlərinin davam etdirilməsinə 1,5 milyon manat ayrılıb


Siyasət 28 Dek 2018 17:38:00 303 0

Binəqədidə abadlıqquruculuq işlərinin davam etdirilməsinə 1,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılır.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Son.az