Gömrük polkovnikinə hökm oxundu


Kriminal 28 Dek 2018 16:35:00 480 0

Gömrük polkovnikinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.İmanov 6 il azadlıqdam məhrum edilib.

İttihama görə, Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinə Dövlət Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış əməkdaşlara dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub.