Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir


Siyasət 27 Dek 2018 21:13:00 390 0

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz öz işgüzar və şəxsi keyfiyyətləriniz, siyasi intuisiyanız, nəzərdə tutulan planlara yaradıcı yanaşmağınız sayəsində haqlı olaraq Azərbaycan Respublikasının bütün vətəndaşlarının dərin hörmətini qazanmısınız.

Qoy, gümrahlıq, enerji və nikbinlik Sizə ən mürəkkəb dövləti məsələlərin həllində kömək etsin, bilikləriniz, qətiyyətiniz və məqsədyönlülüyünüz doğma xalqınızın rifahı naminə səmərəli fəaliyyətiniz üçün etibarlı təməl olsun, respublikanı yeni uğurlara və nailiyyətlərə doğru aparsın.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz həyati qüvvə, ailə firavanlığı və gözəl əhval-ruhiyyə arzu edirəm. Həmməsləklərinizin dəstəyi, dostlarınızın sədaqəti və yaxınlarınızın Sizi düzgün anlaması Sizə kömək etsin və gələcək uğurlarınızın rəhni olsun".

X X X

"Komsomolskaya Pravda" qəzetinin baş redaktoru Vladimir Sunqorkindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Doğum gününüz mübarək!

Bu əlamətdar gündə Sizə dostluğa və xeyirxah ənənələrə sədaqətinizə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Belə ənənələrdən biri də günə "Komsomolskaya Pravda" ilə birlikdə başlamaqdır.

Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, hər bir işinizdə uğurlar diləyirəm".

X X X

Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən:

"Əziz İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz, dahi atanız - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli varisi və onun müdrik siyasətinin davamçısı kimi haqlı olaraq öz həmvətənlərinizin səmimi hörmətini, yetərincə təcrübəli və uzaqgörən dövlət xadimi kimi yüksək beynəlxalq nüfuz qazanmısınız.

Siz Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkələrimiz arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmləndirilməsi üçün misilsiz işlər görürsünüz. Bütün bunlara görə hər cür təşəkkürə və ehtirama layiqsiniz.

Əminəm ki, Sizin zəngin təcrübənizə, nəcib keyfiyyətlərinizə və qeyri-adi qabiliyyətlərinizə Vətəninizdə bundan sonra da böyük ehtiyac olacaq. Çünki bu, azərbaycanlıların yaşayış səviyyəsinin və həyat keyfiyyətinin yüksəlməsinə, dünyada Azərbaycanın müsbət obrazının və nüfuzunun daha da möhkəmlənməsinə kömək edir.

Bizim aramızda yaranmış dostluq münasibətlərini, qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm. Moskvada və Bakıda görüşlərimizi xüsusi səmimiyyətlə xatırlayıram. Bu səmərəli əlaqələri və sıx birgə fəaliyyəti gələcəkdə də davam etdirməyə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə və səmimi ailənizə möhkəm cansağlığı, səadət, əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdindən:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, Qadir Allaha dua edərək Sizə uzun ömür, möhkəm cansağlığı və xeyirxah təşəbbüslərinizdə Tanrının yardımını diləyirəm.

Sizin ölçülüb-biçilmiş siyasətiniz, Azərbaycan Respublikasının konstitusion əsaslarının qorunub saxlanmasında və bərqərar olmasında prinsipial mövqeyiniz sayəsində ölkəniz mənəvi, intellektual və iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Hörmətli İlham Heydər oğlu, mən Qadir Allahdan Sizə və Azərbaycandan olan bütün qardaşlarımıza əmin-amanlıq və rifah diləyirəm".

X X X

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan:

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin respublikaya rəhbərliyiniz dövründə Azərbaycan özünün çoxəsrlik ənənələrini qoruyub saxlayan və zəngin mədəniyyətini daha da zənginləşdirən dinamik və yüksək inkişaf etmiş ölkə statusunda bərqərar olub. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi işində Sizin xidmətləriniz təqdirəlayiqdir. Ölkələrimizin xalqları Azərbaycan ilə Rusiya arasında hərtərəfli əlaqələrin inkişafına Sizin töhfənizi yüksək qiymətləndirir.

Bu əlamətdar gündə Sizin valideynlərinizi - ananız Zərifə xanımı və Azərbaycan xalqının ümummilli lideri, ölkəni tarixi fəlakətdən xilas etmiş atanız Heydər Əlirza oğlu Əliyevi ehtiramla xatırlayırıq.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyim.

Bütün ailənizə və ilk növbədə Mehriban xanıma ehtiramımı bildirirəm".

X X X

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilldən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Zati-aliləri, möhtərəm Prezident. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uzun illərdir ki, rəhbərlik etdiyiniz ölkənin firavanlığının və dinamik inkişafının qayğısına qalan müdrik və istedadlı rəhbər kimi Azərbaycan sakinlərinin rifahı naminə çalışırsınız.

Bakı Pravoslav Kilsəsinin və Bakı-Azərbaycan Yeparxiyasının fəaliyyətini dəstəklədiyinizə və onlara göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Ümidvaram ki, bizim əməkdaşlığımız bundan sonra da öz bəhrələrini verəcək, cəmiyyətdə ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına, Cənubi Qafqaz regionunda, dinlərarası və millətlərarası sülhün möhkəmlənməsinə şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, Tanrıdan kömək və Azərbaycan xalqına xidmət kimi məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

XXX

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Doğum gününüz münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə tükənməz enerji, möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının inkişafı naminə bundan sonra da səmərəli fəaliyyət arzulayım.

Sizi əmin edirik ki, "Mir" Teleradio Şirkəti Azərbaycan Respublikasında baş verən yenilikləri və gündəlik həyatı bundan sonra da obyektiv və geniş işıqlandıracaq".