Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrılıb


Siyasət 27 Dek 2018 18:18:00 548 0

Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrılıb

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılır.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.