YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibdə görüşü keçirildi


Siyasət 26 Dek 2018 20:31:00 151 0

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibdə görüşü keçirildi

"YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 29 avqust tarixli 445 nömrəli Sərəncamına uyğun olaraq, yeni tərkibi təsdiq edilmiş Milli Komissiyanın görüşü keçirilib.

Görüşdə Milli Komissiyanın sədri, xarici işlər naziri Elmar Məmmədyarov qonaqları salamlayaraq, Azərbaycan-YUNESKO əlaqələrinin daha da genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov 2018-ci ildə təşkilatla dinamik əməkdaşlığın həyata keçirildiyini,  bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Daha sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edərək, 2018-ci il ərzində YUNESKO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə dəyüksək səviyyəli qarşılıqlı səfərlər barədə məlumat verdi. E.Sultanov 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan "Bakı Prosesi"nin 10 ilinin tamam olduğunu, ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, "Bakı Prosesi"nin 10 illiyinin milli və beynəlxalq səviyyədə qeyd olunduğunu və YUNESKO ilə birgə tədbirlərin keçirildiyini bildirdi.

O, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin YUNESKO baş qərargahında və Almaniyada qeyd olunduğunu,Azərbaycan muğamının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahıya daxil edilməsinin 10 illiyi münasibətilə YUNESKO-nun baş qərargahında, İtaliyada, Türkiyədə vəAlmaniyada muğam konsertlərinin təşkil olunduğu qeyd etdi.

Bildirildi ki, 2018-ci ildə Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında "Çovqan-ənənəvi Qarabağ atüstü oyunu" faylı ilə bağlı milli hesabat qəbul olunmuş, "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" adlı nominasiya Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə "Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli nominasiya YUNESKO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilmişdir.

E.Sultanov 2019-cu ildə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 ilinin tamam olacağını, YUNESKO baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd ediləcəyini bildirdi və qarşıda duran digər məsələlər barədə ətraflı məlumat verdi.

Görüş YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib.

Maşın şou iştirakçıları Şaxta babaya məktubları barədə like
  • 26 Dek 20:29  
Şou-biznes Maşın şou iştirakçıları Şaxta babaya məktubları barədə

Şaxta baba mövcuddurmu? Bəzən insan buna inanmaq istəyir. Bəzən isə arzu

arrow Ətraflı
Məşhur aktyor 722 milyon dollar bağışladı like
  • 26 Dek 20:24  
Digərləri Məşhur aktyor 722 milyon dollar bağışladı

Honq Konqlu aktyor Çou Yun-Fat açıqlaması və hərəkəti ilə dünya günd

arrow Ətraflı
Bakcell bölgələrdən limitsiz zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir like
  • 26 Dek 20:19  
Digərləri Bakcell bölgələrdən limitsiz zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

Bakcell xüsusi olaraq ölkənin regionlarında yaşayan abunəçilər üçün n

arrow Ətraflı
6 yaşlı əkiz bacıqardaşı evləndirdilər like
  • 26 Dek 20:19  
Digərləri 6 yaşlı əkiz bacıqardaşı evləndirdilər

Taylandda bir ailə əvvəlki həyatlarında sevgili olduqlarına inandıqları

arrow Ətraflı
Metal tullantılarının qəbulu ilə kimlər məşğul ola bilər? like
  • 26 Dek 20:17  
Digərləri Metal tullantılarının qəbulu ilə kimlər məşğul ola bilər?

Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulunu həmin metallar

arrow Ətraflı
Agentdən Pepe təkifi like
  • 26 Dek 20:10  
İdman Agentdən Pepe təkifi

Müdafiəçi Pepe karyerasını Monaco-da davam etir

arrow Ətraflı
İran televiziyası növbəti dəfə türk dilini təhqir etdi like
  • 26 Dek 20:09  
Digərləri İran televiziyası növbəti dəfə türk dilini təhqir etdi

İran Teleradio Şirkəti növbəti dəfə türk dilini təhqir edib.

arrow Ətraflı
Metal tullantılarının qəbulu ilə yalnız xüsusi icazəsi olan sahibkarlar məşğul ola biləcəklər like
  • 26 Dek 20:06  
Digərləri Metal tullantılarının qəbulu ilə yalnız xüsusi icazəsi olan sahibkarlar məşğul ola biləcəklər

Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulunu həmin metallar

arrow Ətraflı
Səfir: "2018ci il AzərbaycanTürkiyə münasibətləri üçün önəmli il oldu" like
  • 26 Dek 20:04  
Siyasət Səfir: "2018ci il AzərbaycanTürkiyə münasibətləri üçün önəmli il oldu"

2018-ci il Azərbaycan-Türkiyə münasibətləri üçün önəmli il oldu.

arrow Ətraflı
Hərbi rejim bitdi: like
  • 26 Dek 19:59  
Dünya Hərbi rejim bitdi:

Hərbi vəziyyətin bitməsi və ya uzadılmasından asılı olmayaraq, Rusiya i

arrow Ətraflı
Əli Həsənov: "2018ci il jurnalistika sahəsində də uğurlu il olub" like
  • 26 Dek 19:58  
Digərləri Əli Həsənov: "2018ci il jurnalistika sahəsində də uğurlu il olub"

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya

arrow Ətraflı
Hadisə azərbaycanlı yarışmaçını niyə uzaqlaşdırıb? like
  • 26 Dek 19:54  
Digərləri Hadisə azərbaycanlı yarışmaçını niyə uzaqlaşdırıb?

Acun Ilıcalı yarışmanın münsifi Hadiseye sürpriz video çarx hazırlayıb

arrow Ətraflı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO) like
  • 26 Dek 19:54  
Digərləri Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi 31 deka

arrow Ətraflı