Azərbaycanlı jurnalisti erməni qətlə yetirib


Kriminal 24 Dek 2018 15:18:00 376 0

Azərbaycanlı jurnalisti erməni qətlə yetirib

Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında üç Rusiya jurnalistinin qətlində şübhəli bilinən "Vaqner" xüsusi hərbi şirkətin 10 muzdlusunun şəxsiyyətini müəyyənləşdirib.

Son.az xəbər verir ki, qurumun saytında verilən məlumata görə, "Vaqner" muzdluları bu ilin əvvəlində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən Afrika ölkəsinə göndərilib.

Muzdlu döyüşçülər "M-Finans" şirkətinin əməkdaşları kimi təqdim ediliblər. Onları Afrikaya rusiyalı biznesmen Yevgeni Priqojinin şəxsi təyyarəsi ilə çatdırıblar.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, "M-Finans" şirkətinin vəzifələrinə Mərkəzi Afrika Respublikasında yerli hərbiləşdirilmiş qruplaşmaların üzvlərinin təlimatçı hazırlığının həyata keçirilməsi də daxildir.

Ümumilikdə, Ukrayna Təhlükəsizlik Xidməti "M-Finans"-ın "təhlükəsizlik xidməti"nin tərkibində Mərkəzi Afrika Respublikasında Rusiyanın hərbi kəşfiyyatının rəhbərliyi ilə xidməti məsələlərin icrasına cəlb edilən 37 Rusiya vətəndaşının şəxsiyyətini müəyyən edib. Onlardan 10-u bilavasitə Rusiya jurnalistlərinin qətli günündə Mərkəzi Afrika Respublikasında olub. Qeyd edilir ki, bu şəxslərdən əksəriyyəti Ukraynanın şərqində və Suriyada terror fəaliyyətində iştirak edirdilər. Onların arasında erməni mənşəli muzdlu da var.

Həmin 10 nəfərin adları aşağıdakılardır:

Zaliçev A.B. - 1984-cü il;

Qruzdenok R.V. - 1976-cı il;

Yudov S.M. - 1968-ci il;

Farafonov A.Y. - 1975-ci il;