Muğam Mərkəzində məşhur İsrail dramaturqunun tamaşası nümayiş olunub


Kriminal 24 Dek 2018 13:38:00 560 0

Muğam Mərkəzində məşhur İsrail dramaturqunun tamaşası nümayiş olunub

Beynəlxalq Muğam Mərkəzində məşhur İsrail dramaturqunun tamaşası nümayiş olunub.

Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bədii heyyəti tərəfindən məşhur İsrail dramaturqu İddo Netanyahunun "Məna axtarışında" əsərinin motivləri əsasında qoyulan tamaşa nümayiş edilib.

Tədbir İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi, "Nariman film" Production company və Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilmişdi.

Tədbiri açan İsrail Dövlətinin ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stav  öz çıxışında böyük dramaturq İddo Netanyahunun əsərinin Bakı səhnəsində nümayişindən böyük məmnunluğ hissi keçirdiyni bildirərək, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və  digər sahələrdə olan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və gün-gündən möhkəmləndiyini vurğuladı. Səfir belə gözəl gecənin təşkil olunmasına görə Beynəlxalq Muğam Mərkəzinin direktoru cənab Murad Hüseynova dərin təşəkkürünü bildirdi.

İsrailin məşhur dramaturqu İddo Netanyahu və onun xanımı da gecənin  məşhur və hörmətli qonaqları arasında idilər. Sonra tamaşaçılara İddo Netanyahunun Holokost mövzusuna həsr olunmuş "Məna axtarışında" əsərinin motivləri əsasında qoyulmuş tamaşa təqdim olundu.