Prezident İlham Əliyev Culfa Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi


Siyasət 21 Dek 2018 16:50:00 655 0

Prezident İlham Əliyev Culfa Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".