Berdiməhəmmədov: "Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir"


Siyasət 20 Dek 2018 17:41:35 639 0

Berdiməhəmmədov: "Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir"

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır.

Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, hazırda Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni məzmun kəsb etməkdədir. Bu yaxınlarda Sizin Türkmənistana rəsmi səfəriniz qardaş xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu. Qəti əminəm ki, bizim birgə səylərimizlə Türkmənistan-Azərbaycan qarşılıqlı əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, habelə qardaş Azərbaycan Respublikası xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram".