Muğam Mərkəzində Yeni ilə həsr olunmuş konsert keçirilib


Kriminal 19 Dek 2018 15:21:00 399 0

Muğam Mərkəzində Yeni ilə həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yaradanlar və yaşadanlar" layihəsi uğurla davam edir.

Dekabrın 18-də  Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü və Yeni il bayramına həsr olunub.

Tədbir Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Konsertdə  xalq artistləri - Nəzakət Teymurova - "Bir gül sevdim", Nazpəri Dostəliyeva  - "Axı mən neyləyərəm", əməkdar artistlər - Almaz Orucova -"Nə gözəldir", Rəşad İlyasov -"Eşqimi sönməyə qoymaram", Bəyimxanım Vəliyeva -"Azərbaycanım",  Azərbaycan Televiziyası və Radiosunun solistləri-  Rəvanə Əmiraslanlı -"Qəşəngdir", Rövşən Əziz -"Təzə il", Ayşən Mehdiyeva -"Gəl belə naz etmə" mahnılarını ifa ediblər. İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edib. Tədbiri əməkdar artist Rəşad İlyasov aparıb. Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetib.