Beynəlxalq Muğam Mərkəzində “dəyirmi masa"


Kriminal 17 Dek 2018 18:34:00 606 0

Beynəlxalq Muğam Mərkəzində “dəyirmi masa"

Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu "Dəyirmi masa" layihəsinə start vermişdir.

Son.az xəbər verir ki, layihənin ilk tədbiri noyabr ayında reallaşdırılmış və ümumi bir mövzuya - muğamlarda qəzəllərdən düzgün istifadə prinsiplərinə həsr edilmişdir.

Layihənin növbəti tədbiri "Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri" adlanırdı. " Dəyirmi masa"nın növbəti tədbiri AMEA-nın Folklor İnstitutu ilə birgə keçirildi.  AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov tədbiri açaraq qeyd etdi ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus sahəsidir. Aşıq yaradıcılığı aşıq musiqisi ilə bərabər şifahi xalq poeziyası nümunələrini və dastan ənənəsini də özündə birləşdirir. 

Aşıq sənətinin Azərbaycan xalqının milli etnoqrafik köklərində oynadığı müstəsna rol haqqında danışan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı dedi: Ulu öndər Heydər Əliyev Dədə Qorqud eposunun 1300 illiyi ilə bağlı çıxışında məşhur bir ifadə söyləmişdi."Dədə Qorqud və ozan aşıq mədəniyyəti bizim milli dəyərlərimizin, milli mənəvi varlığımızın ən mötəbər qaynağıdır".Cənab prezident İlham Əliyevin Gədəbəydə aşıq məktəbinin açılışı zamanı"Aşıq sənəti bizim milli sərvətimiz və milli sənətimizdir" deyə vurğuladı. Çıxış edənlər aşıq sənətinin müxtəlif tarixi mərhələlərindən keçib xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirdiyini və  2009-cu ildə Azərbaycan aşıq sənətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan xalqının mənəvi mədəni sərvəti kimi YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini qeyd etdilər.


Xəbərə aid fotolar