Nazirliyin rüşvətə görə tutulan sektor müdirinin həbs müddəti uzadıldı


Kriminal 15 Dek 2018 15:17:00 413 0

Nazirliyin rüşvətə görə tutulan sektor müdirinin həbs müddəti uzadıldı

Binəqədi Rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq sektor müdiri Vidadi Eyvazov barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Son.az report-a istinadən bildirir ki, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib, V.Eyvazovun həbs müddəti 3 ay artırılıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə açıqlamaya əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.