Nazir müavini: "Bolqarıstan QDİƏTdə Azərbaycanın işini davam etdirəcək"
Siyasət 14 Dek 2018 15:16:00 437 0
"Azərbaycanın işini davam etdirəcək".
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kraleva deyib.
O bildirib ki, QDİƏT regionun inkişafına xidmət edir:
"Bizim bütün fəaliyyət sahələrini, o cümlədən ticarət sahəsini əhatə edən 20-dən çox işçi qrupumuz var. Təşkilat öz işinin səmərəliliyini artırmağa çalışacaq".
E.Kraleva qeyd edib ki, Azərbaycanın təşkilatda sədrliyi məhsuldar keçir.
O əlavə edib ki, QDİƏT layihələrin reallaşdırılmasına yönəlmiş təşkilat kimi qalmalıdır.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən QDİƏT-də sədrlik Bolqarıstana keçir.
Mənbə: milli.az