"Vladimir Putin İlham Əliyevin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətini yüksək qiymətləndirir"


Siyasət 13 Dek 2018 23:47:00 692 0

"Vladimir Putin İlham Əliyevin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətini yüksək qiymətləndirir"

"Vladimir Putin İlham Əliyevin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətini yüksək qiymətləndirir"

Bunu Bakıda səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

"Son altı ayda Azərbaycanın sədrlik etdiyi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xətti ilə sabah Bakıda keçiriləcək tədbirlərlə bağlı bizi qəbul etdiyinizə görə çox sağ olun. Bu vəzifənin həmkarlarınız tərəfindən çox uğurla yerinə yetirilməsi münasibətilə Sizi təbrik edirəm. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu təşkilat Qara dəniz regionunda qarşılıqlı fəaliyyət çərçivəsində birgə işimizi səfərbər etməyə davam etməlidir.

Sizə Vladimir Vladimiroviç Putinin ən xoş arzularını və salamlarını çatdırıram. O, Sizin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətinizi yüksək qiymətləndirir. Artıq hesabladığımız kimi, sizin bu il altı dəfə keçirilən görüşləriniz, son görüşləriniz, o cümlədən qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar yerinə yetirilir. Hökumətlərarası Komissiyanın sabahkı iclası da yəqin ki, sizin razılaşdırdığınız istiqamətlər - ticarətin asanlaşdırılması, büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması, nəqliyyat sahəsində əməkdaşlıq, birgə müəssisələrin yaradılması, Siz qeyd etdiyiniz kimi, humanitar əlaqələr, ən müxtəlif sahələr, o cümlədən bizim əməkdaşlığımızın vacib sahəsi olan Rusiya və Azərbaycanın regionları arasındakı qarşılıqlı fəaliyyətə təkan verəcək. Biz Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında qarşılıqlı fəaliyyəti qiymətləndiririk. İndi Avropa Şurasının strukturlarında bütün üzv ölkələrin bərabər hüquqlarının təmin olunduğu bu təşkilatın Nizamnaməsinin əsas qaydalarına yenidən baxılması cəhdləri var. Biz ATƏT-də də birlikdə işləyirik".