Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib


Siyasət 13 Dek 2018 18:32:00 1342 0

Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib

Prezident İlham Əliyev Tamerlan Elmar oğlu Qarayevin Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".