Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib


Siyasət 13 Dek 2018 16:56:00 686 0

Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".