Rusiyadan Azərbaycana silahla keçmək istəyən şəxs tutuldu FOTO


Kriminal 13 Dek 2018 16:02:00 597 0

Rusiyadan Azərbaycana silahla keçmək istəyən şəxs tutuldu  FOTO

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, nəqliyyat vasitəsində olan yüklərə baxış zamanı 2 ədəd elektrikli qızdırıcı radiatorun birinin içərisindən "Baikal ИЖ 43M" markalı ov silahının lüləsi və 32 ədəd boş dəmir gilizlər, digər radiatorun içərisindən isə həmin ov silahının qundaq hissəsi aşkar olunub.


Xəbərə aid fotolar