Qarsda ümummilli lider Heydər Əliyevin vəfatının 15ci ildönümü qeyd olunub FOTO


Siyasət 11 Dek 2018 15:50:00 512 0

Qarsda ümummilli lider Heydər Əliyevin vəfatının 15ci ildönümü qeyd olunub  FOTO

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Türkiyənin Qars vilayətində anım mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri Azərbaycanın Qarsdakı Baş konsulluğu tərəfindən Heydər Əliyev adına Liseydə təşkil edilib.

Mərasimdə Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, Qars bələdiyyə sədri Mürtəza Karaçanta və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi, ölkənin gələcək inkişafı üçün gördüyü işlərdən bəhs ediblər.


Xəbərə aid fotolar