Muğam Mərkəzində “Future Stars 2018” konserti keçirilib FOTO


Kriminal 11 Dek 2018 14:42:00 735 0

Muğam Mərkəzində “Future Stars 2018” konserti keçirilib  FOTO

Muğam Mərkəzində "Future Stars 2018" ("Gələcəyin ulduzları") IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçib.

Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində "Future Stars 2018" ("Gələcəyin ulduzları") IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirildi. Qeyd edək ki, dekabrın 6-dan 9-dək davam edən festival Bülbül adına orta ixtisas musiqi məktəbi və Gürcüstanın İncəsənət Xadimlər Birliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdu.

Festivalda 3 ölkənin təmsilçiləri iştirak edib. Azərbaycandan 53 iştirakçı, Gürcüstandan - 23 və İrandan 4 iştirakçı.

Tədbiri açan Azərbaycan tərəfdən festivalın təşkilatçısı Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev və Gürcüstan tərəfdən festivalın təşkilatçısı Gürcüstanın İncəsənət Xadimlər Birliyinin rəhbəri Nino Kupatadze çıxış edərək qeyd  etdilər ki, bu çətin və eyni zamanda gözəl 4 gün ərzində gənc ifaçılar öz bacarıqlarını göstərə bilmiş və layiqincə qiymətləndirilmişdilər.  Onların ifalarından zövq  aldıqlarını və gələcəkdə  müxtəlif  nüfuzlu  beynəlxalq müsabiqələrdə  ölkələrini  layiqincə təmsil edə biləcəklərinə əmin olduqlarını bildiriblər.

Sonra  qaliblərə  festivalın diplomları təqdim edildi. On beş gənc iştirakçıya  I  yer  mükafatı təqdim edildi. Azərbaycandan Məhəmmədəli Paşazadə (klarnet) və Gürcüstandan Tsotne Sidamonidze (fortepiano) festivalın Grand prix mükafatına layiq görülüblər.