Ekspert: "Azərbaycanın MDB məkanı üçün çox önəmlidir"


Siyasət 08 Dek 2018 11:49:00 67 0

Ekspert: "Azərbaycanın MDB məkanı üçün çox önəmlidir"

Azərbaycan dövləti və onun apardığı siyasətin MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin tərəfindən sammitə şəxsən dəvət edilməsi faktı özlüyündə bir çox mətləbləri ortaya qoyur və Azərbaycanın bu məkanda xüsusilə Ermənistanla müqayisədə xeyli fərqli və üstün imicə, rola malik olduğunu təsdiqləyir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, bu gün Azərbaycan Prezidentinin apardığı xarici siyasət kursunun MDB ölkələri arasında iqtisadi, ticarət, investisiya və nəqliyyat sahələrində inteqrasiyanın daha da dərinləşməsində mühüm təsirlərə malik olduğuna xüsusi diqqət yetirilməlidir:

"Azərbaycanın sahib olduğu infrastrukturlar, həyata keçirdiyi Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb, Bakı-Tbilisi-Qars kimi layihələri MDB üzvü olan ölkələrin 90 faizdən çoxunun imkanlarını cəlb etmək gücünə malikdir. Mərkəzi Asiya dövlətləri, Rusiyanın özü, Belarus və Moldova üçün bu layihələrdən böyük faydalanma imkanları var bu istiqamətdə artlq addlmlar atılır. Konkret desək, indi MDB-nin qarşısında duran iqtisadi-ticarət və nəqliyyat inteqrasiyası vəzifələrinin uğurla həllində Azərbaycanın böyük qüvvə olduğuna şübhə yoxdu. Bu istiqamətdə Azərbaycanın Ermənistanı müqayisəolunmaz dərəcədə üstələdiyini qeyri-formal görüşün nümayiş etdirdiyi reallıqlardan biri saymaq olar. Hətta vizual məsələlərdə belə, Azərbaycan Prezidentinə verilən önəm özünü qabarıq şəkildə büruzə verdi. Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik" baletinin nümayişi zamanı dövlət başçılarının əyləşmək sırası bir təsadüf kimi qəti şəkildə qəbul oluna bilməz".

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin Ermənistan lideri Nikol Paşinyanla görüşü xüsusi maraqlı məzmuna və mesajlara malikdir: "Sözsüz ki, söhbət Qarabağ mövzusundadır və Azərbaycan Prezidentinin hazırda işğalçı bir dövlətin rəhbəri ilə hər hansı başqa mövzuda müzakirəsi mümkün də deyil. Ancaq indiki qüvvələr nisbətini nəzərə alsaq, Paşinyanın müzakirəyə gəlməsi, sülh danışıqları ilə problemin həllinin qaçılmaz olduğu ilə razılaşması, atəşkəsi və girovların "hamının-hamıya" prinsipi ilə dəyişdirilməsi barədə danışıqlara razılaşması Ermənistanın mövqelərinin əhəmiyyətli dərəcədə zəiflədiyini ifadə edir, həm də Paşinyanın öz zəif mövqeyini yaxşı anladığını göstərir. Azərbaycan Prezidentinin girovların istisnasız olaraq dəyişdirilməsi üzərində xüsusi israrlı olması sübut edir ki, Prezident İlham Əliyev diplomatik danışıqlarda aşkar üstünlüyə malikdir və hər bir Azərbaycan vətəndaşının taleyi uğrunda güzəştsiz mübarizə aparır".

O aəlvə edib ki, qeyri-rəsmi zirvə görüşü çərçivəsində bir neçə məqam bu sammitin mühüm məsələlərə yekun vurduğunu, bir sıra mühüm məsələlərə isə baza yaratdığını deməyə əsas verir: "Bunlardan ən mühümü Azərbaycan diplomatiyasının üstünlüklərinin bir daha nümayiş etdirilməsindən ibarətdir. Xüsusilə də Qarabağ problemi ilə bağlı bu üstünlüklərin sammitdən az sonra özünü göstərəcəyi çox realdır".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edilib (FOTO) like
  • 08 Dek 11:40  
Digərləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edilib (FOTO)

Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubil

arrow Ətraflı
Qulaqcıqla yatan oğlanı cərəyan vurdu, like
  • 08 Dek 11:39  
Dünya Qulaqcıqla yatan oğlanı cərəyan vurdu,

Qulaqcıqla yatan oğlanı cərəyan vurub.

arrow Ətraflı
“İndi klarnetlə gedir, zurna ilə qayıdırlar” like
  • 08 Dek 11:29  
Şou-biznes “İndi klarnetlə gedir, zurna ilə qayıdırlar”

"Qaynana" filminin 40 illik yubileyi ərəfəsində növbəti "Qa

arrow Ətraflı
Hindistanda avtobus dərəyə yuvarlandı - 11 ölü like
  • 08 Dek 11:28  
Digərləri Hindistanda avtobus dərəyə yuvarlandı - 11 ölü

Hindistanın Cammu və Kəşmir ştatında avtobus dərəyə yuvarlanıb

arrow Ətraflı
Ermənistan silahlı qüvvələrindən təxribat like
  • 08 Dek 11:24  
Siyasət Ermənistan silahlı qüvvələrindən təxribat

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
"Allah heç kəsə namussuz qadın qismət etməsin" like
  • 08 Dek 11:19  
Şou-biznes "Allah heç kəsə namussuz qadın qismət etməsin"

ARB TV-nin "Səhər-səhər" verilişində son günlər sosial şəbə

arrow Ətraflı
Gəncədə arvad ərini bıçaqladı like
  • 08 Dek 11:14  
Digərləri Gəncədə arvad ərini bıçaqladı

Gəncədə kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.

arrow Ətraflı
Bryus Uillis də Nüsrətin süfrəsində like
  • 08 Dek 11:09  
Digərləri Bryus Uillis də Nüsrətin süfrəsində

Hollivud ulduzlarından olan Bryus Uillis "Saltbae" (duzlama) hərək

arrow Ətraflı
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib like
  • 08 Dek 10:59  
Siyasət Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib

“Əbədi Ezamiyyət” filminin təqdimatı keçirilib

arrow Ətraflı
Koçaryanın saxlandığı həbsxananın adı açıqlandı like
  • 08 Dek 10:54  
Dünya Koçaryanın saxlandığı həbsxananın adı açıqlandı

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan məhkəməni qərarı ilə h

arrow Ətraflı
73 yaşlı ərinin erotik fantaziyalarından bezən qadından like
  • 08 Dek 10:49  
Dünya 73 yaşlı ərinin erotik fantaziyalarından bezən qadından

73 yaşlı ərinin ehtirasını azaltmaq üçün ona sakitləşdirici dərman v

arrow Ətraflı