Bakıda qadını ABŞa viza düzəltmək adı ilə aldadıb 14 min dollarını aldılar


Kriminal 07 Dek 2018 21:16:00 335 0

Bakıda qadını ABŞa viza düzəltmək adı ilə aldadıb 14 min dollarını aldılar

Bakıda Türkiyə vətəndaşı azərbaycanlı qadına qarşı dələduzluq edib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Piriyeva Şəhla Sabir qızı polisə müraciət edərək bildirib ki, 2018-ci ilin fevral ayında Türkiyə vətəndaşı Mehmet adlı şəxs Amerika Birləşmiş Ştatlarına viza düzəltmək adı ilə onu aldadaraq Qara Qarayev prospekti, 64 ünvanında, "Ailə market"in qarşısında ondan 14 min dollar alıb.