“Dayım istəmirdi ki, bacım əri ilə barışsın"


Kriminal 05 Dek 2018 19:50:00 261 0

“Dayım istəmirdi ki, bacım əri ilə barışsın"

Bacısının qayınatasını öldürməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Əvəz Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika-ya istinadən xəbər verir ki, Əvəz Həmzəyev 27 dekabr 2017-ci il tarixdə, saat 12 radələrində atası Əhməddən Aydın Nəsirovun bacısı Türkanənin əri ilə barışması və yenidən birlikdə yaşamalarına bacısının qayınatası, habelə dayısı Raqibin razı olmaması barədə söhbətini eşidib.

O, bundan hiddətlənərək bacısının ailəsinin dağılmasına Raqibin səbəb olduğunu düşünüb, ondan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib.

Qətl planı

Bu məqsədlə Əvəz dekabrın əvvəllərində qanunsuz olaraq əldə etdiyi ov bıçağını yaşadığı evdən götürüb və dekabrın 27-də, saat 13 radələrində Raqibin yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndinə getmək üçün evdən çıxıb.

Əvəz həmin vaxt rayon mərkəzi xəstəxanasının qarşısından keçən "Mercedes" markalı sərnişin daşıyan mikroavtobusa minib, Raqibi və arvadı Lalanı həmin mikroavtobusda görüb.

O, cinayətkar niyyətini həyata keçirmək məqsədilə bir qədər hərəkət etdikdən sonra mikroavtobusu Cəlilabadın H.Əliyev prospektində yerləşən "Gənclik" marketin qarşısında saxladıb.

Mikroavtobusda qətl

Əvəz mikroavtobusun içərisində üzərində olan həmin bıçağı Lalanın gözləri qarşısında Raqibin ürək nahiyyəsinə sancıb. Raqib kəskin qan itirmədən hadisə yerində ölüb.

Əvəz Həmzəyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham verilib.

Qatilin ifadəsi