Məşhur "qanuni oğru"lar saxlanıldı:


Kriminal 05 Dek 2018 19:22:00 365 0

Məşhur "qanuni oğru"lar saxlanıldı:

Rusiyada Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən iki "qanuni oğru" saxlanılıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, onlardan biri titulunu itirmiş Vaxtanq Pşenitski (Vaxo Zuqdidski) və fəaliyyətdə olan "qanuni oğru" Valiko Ceceydir (Valter).

Dindirilmə zamanı 68 yaşlı Vaxo Zuqdidski Rusiya vətəndaşı olduğunu, rəsmi təqaüd aldığını bildirib. O, daha öncə həbs olunmadığını, "qanuni oğru" olmadığını və heç vaxt bu titulu daşımadığını deyib.