"Çantasından telefon çıxdı" Oğru dostunun güdazına gedən narkoman VİDEO FOTO
Kriminal 05 Dek 2018 15:46:00 68 0
İctimai nəqliyyatda cibgirlik edənlər saxlanıldılar. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-si və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və qiymətli əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar. Üzərində şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram narkotik vasitə olan heroin götürülüb. Həyata keçirilən əlavə tədbirlərlə onların dekabrın 3-də 40 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilib. Vasif Babayev - saxlanılan şəxs: "40 nömrəli marşurutdan oğurluq etmişəm. 300 manat dəyərində telefon idi. Düşdüm aşağı, polis əməkdaşları tutdu məni". Teymur Hüseynov - saxlanılan şəxs: "Marşuruta minib Əhmədliyə, dostumuzun yanına gedirdik. Polislər bizi tutub bölməyə gətirdi. Dostumun çantasından telefon çıxdı". Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxslərin digər analoji cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Bu xəbəri də oxu: Fortepiano musiqisi gecəsi
Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyənin məşhur cütlüyü- aktrisa Neslihan Atagül və aktyor Kadir Doğ

İran Parlamentinin İsfahan vilayətindən olan deputatları kütləvi şəkild

Topaz Premyer Liqasının XIV turunun oyun cədvəli müəyyənləş

"Mən oğluma görə çox şeyləri etməmişəm".

83 milyon izləyici kütləsi ilə 2018 Formula 1 Azərbaycan Qran Prisi mövsü

Böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.

"Azərbaycan Prezidenti İlham Əliyev "Bakutel 2018" beynəlxalq

Ukraynada azərbaycanlı şairənin rus dilinə tərcümə olunmuş şerlər kit

Britaniyada çağdaş incəsənət sahəsində ən nüfuzlu mükafat sayılan &q

Yaxın günlərdə qlobal ödəniş texnologiyaları sahəsinin lideri sayılan

Almaniyalı aktrisa əxlaqsızlıq etdiyinə görə cəzalandırılıb.

Ölkə başçısının yeni yaşıllıqların salınmasıyla bağlı tövsiyə v

Dünən Neftçala rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi

Azərbaycan Prezidenti İlham Əliyev Bakutel sərgisində Rossiya -24 televiziy
