Beynəlxalq Əlillər günü ilə əlaqədar konsert


Kriminal 04 Dek 2018 18:22:00 228 0

Beynəlxalq Əlillər günü ilə əlaqədar konsert

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində Beynəlxalq Əlillər günü ilə əlaqədar konsert keçirilib.

Son.az xəbər verir ki, tədbirin aparıcısı Humay Muxtarova bu günün tarixindən danışaraq bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı göstərmək cəmiyyətimizin hər bir üzvünün borcudur.

Daha sonra tanınmış müğənni Roza Zərgərlinin ifası uşaqlara xoş anlar yaşadıb. Həmçinin, uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib və hədiyyələr təqdim olunub.


Xəbərə aid fotolar