Piyadanı maşın vurub, sürücü qaçıb


Kriminal 02 Dek 2018 22:40:00 329 0

Piyadanı maşın vurub, sürücü qaçıb

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, 1990-cı il təvəllüdlü şəhər sakini Bayramov Camal Çingiz oğlu axşam saatlarında yolu keçən zaman onu naməlum avtomobil vurub.

Sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Yoldan keçən şəxs yaralını xəstəxanaya aparıb. Orada tibbi yardım göstərilən yaralı xəsarəti yüngül olduğundan evə buraxılıb.