Naxçıvanda Baş nazirin müavini təyin edildi


Siyasət 30 Noy 2018 20:54:00 264 0

Naxçıvanda Baş nazirin müavini təyin edildi

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri təyin edilib. 

Son.az Report-a istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, S.Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı. Bu fərmandan sonra isə həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.