Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda gözəl


Kriminal 30 Noy 2018 18:48:00 297 0

Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda gözəl

Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin "Qəzəllər" layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda gözəl musiqi gecəsi keçdi.

Son.az xəbər verir ki, gecədə xanəndələr Sədəf Budaqova, Elgiz Əliyev və Gülzar Fərəcovanın ifasında Seyid Əzim Şirvaninin qəzəllərinə "Zabul Segah" muğamı səsləndi. 

Xanəndələri tarda Nurlan Cəbizadə, kamançada Müşfiq Lətifov, balabanda Rafael Əsgərov, nağarada Vüsal Bayramov müşayiət edirdilər.

Seyid Əzim Şirvaninin qəlbləri fəth edən qəzəlləri, şux təsnif və rənglər gecəni yaddaqalan və rəngarəng etdi.