“Whatsapp”da yol polisinə böhtan atan şəxs


Kriminal 30 Noy 2018 16:54:00 315 0

“Whatsapp”da yol polisinə böhtan atan şəxs

Whatsapp sosial şəbəkəsində Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovla bağlı səs yazısı yayan şəxs həbs edilib.

Son.az Report-a istinadən bildirir ki, bu, Qasımov Fariz Mürvət oğludur. Həmin şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, F.Qasımov barəsində tərtib edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onun barəsində 15 sutkalıq həbs qərarı çıxarıb: "Vətəndaş səmimi olaraq peşmançılığını bildirib və belə informasiya yaymaqla etdiyi avtoxuliqanlıq hərəkətinə görə məsuliyyətdən yayınmağa çalışmaq istədiyini etiraf edib".