Merkel: "Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına göz yuma bilməz"


Siyasət 30 Noy 2018 14:29:26 248 0

Merkel: "Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına göz yuma bilməz"

Almaniya postsovet ölkələrinin dondurulmuş münaqişələrdən əziyyət çəkməsinə göz yuma bilməz.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri Almaniya Kansleri Angela Merkel Berlində keçirilən Almaniya-Ukrayna iqtisadi forumu zamanı deyib.

A.Merkel bildirib ki, Gürcüstan, Moldova, Azərbaycan, Ukrayna kimi ölkələr Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Ukraynanın şərqindəki dondurulmuş münaqişələrdən əziyyət çəkir: "Biz buna göz yuma bilmərik".