Elmar Məmmədyarov Meksikaya yola düşüb


Siyasət 30 Noy 2018 10:45:00 226 0

Elmar Məmmədyarov Meksikaya yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə Son.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.